Belçika parlamenti Avropa İttifaqını İsrail işğalını məsuliyyətə cəlb etməyə çağırdı


Eastnews.org-un verdiyi xəbərə görə, Belçika federal parlamentinin üzvü Nabil Bukili İsrail işğalçı qüvvələrinin Qərb Sahilinin bir hissəsini sionist ərazi vahidinə birləşdirmək planlarının beynəlxalq qanunlara zidd olduğunu açıqlayıb. O, Avropa İttifaqını işğalçıları Fələstin mülki əhalisinə qarşı etdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırıb.

 

Fələstinin WAFA xəbər agentliyinin məlumata əsasən, Bukili Fələstin ərazilərinin ilhaqının bölgədəki gərginliyin artmasına və iki dövlət həllinin uğursuzluğuna səbəb olacağını təsdiqləyərək, Təl-Əvivin beynəlxalq qanun pozuntularına qarşı durmağın lazım olduğunu qeyd edib.

 

Avropa Birliyinin İsrail işğalçı qüvvələrini pozuntularına və cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün lazımi vasitələrə sahib olduğunu vurğulanıb.




Mənbə: SANA Oxunub: 182 dəfə; Tarix: 2020-06-29 13:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!