CNN: ABŞ beynəlxalq sistemdəki nüfuzunu və hörmətini itirib - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, CNN ABŞ prezidenti Donald Trampın son üç il yarım ərzində apardığı siyasət barədə analiz aparıb.

 

CNN-nin araşdırmasına görə, ABŞ hazırda tək qalıb və beynəlxalq sistemdəki nüfuzunu, hörmətini itirib.

 

CNN hesabatında ABŞ-ın nüfuzunun azalmasını işarə edərək "Birləşmiş Ştatlar öz dostları və müttəfiqləri üçün naməlum əraziyə və etibarsız bir müttəfiqə çevrilib" deyə qeyd edib.

 

Hesabatda bildirilib ki, ABŞ-ın koronavirusa nəzarət etmək üçün daha kasıb ölkələrin metodlarından istifadə etməsi, ABŞ-ın beynəlxalq aləmdə ləyaqətini və hörmətini itirdiyini göstərir. Üç il yarımdır ki, Donald Tramp administrasiyası ABŞ-ın etibarını və rolunu elə bir şəkildə dəyişib ki, heç kim Tramp and içib vəzifəyə başlayarkən belə olacağını proqnozlaşdırmırdı.

 

CNN-in məlumatına görə, Trampın o vaxtki ilkin qərarları düşünülmüş, üsyankar və çaşqın görünürdü. And içdikdən üç gün sonra Tramp 12 ölkə ilə gəlirli tərəfdaşlığı olan Trans-Sakit Okean Müqaviləsini tərk edib. Sonra 13769-cu il tarixli icra sərəncamını yerinə yetirərək, 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ ərazisinə girməsini qadağan edib.

 

Avrpa İttifaqı liderləri 2017-ci ilin fevralında Maltada təcili iclasa toplaşanda ağıllarında "Amerika Əvvəl" şüarı səslənirdi. Avropa Şurasının o zamankı prezidenti Donald Tusk Avropa liderlərinə Vaşinqtonda baş verən bir dəyişikliyin Avropa Birliyini çətin vəziyyətə saldığını yazdı. ABŞ xarici siyasətində yeni hökumətin addımları onları 70 il geriyə atdı.


Məhz bu vəziyyət, Avropa Birliyinin sabit bir tərəfdarı və mənəvi lider olan Angela Merkelin Avropanın öz taleyini və AB-nin beynəlxalq işlərdə Avropanın rolunu oynaması üçün gücünü artırmasının vacibliyini vurğulamasına səbəb olub.

 

Üç ay sonra Brüsseldə keçirilən NATO sammitində Tramp Merkelin haqlı olduğunu sübut etdi. Görüşdə Tramp yalnız Almaniyanın iqtisadi siyasətini tənqid etməyib, eyni zamanda Avropa ölkələrinin NATO-nu maliyyələşdirməsindəki rolunu tənqid edib. Və NATO-nun hərbi büdcəsindəki payının artmasına və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla Avropa ölkələrinin liderləri ilə müzakirə etməyə çağırıb.

 

Trampın sinusoidal siyasətindən üç il yarım sonra, NATO-nun ən yaxşı üzvləri indi Trampın ABŞ-da yenidən prezident olmasının Şimali Atlantika Müqaviləsi Təşkilatının sona çatmasına səbəb olacağından narahatdırlar. İki həftə əvvəl Tramp Merkelə xəbər vermədən 5.900 ABŞ əsgərini Almaniyadan çıxaracağını bildirdikdən sonra narahatlıqlar daha da artıb.

 

NATO-nun yüksək səviyyəli rəsmisi CNN-ə açıqlamasında Trampın yenidən seçilməsinin çox pis xəbər olacağını və NATO-nun birliyinə ciddi şəkildə təsir göstərəcəyini bildirib:

 

"NATO-nu məhv edə bilməz, amma transatlantik ehtiyatlanma anlayışını məhv edəcəkdir".

 

Donald Trampın planlarının gerçək olduğunu qeyd edən NATO rəsmisi, ABŞ-a artıq etibar edilməyəcəyini vurğulayıb.




Mənbə: FNA Oxunub: 238 dəfə; Tarix: 2020-06-29 12:44
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!