İran XİN: "ABŞ-ın daxili məsələlərinə müdaxilə etmək fikrimiz yoxdur"


Eastnews.org-un verdiyi xəbərə görə, bölgə ölkələri, o cümlədən İran, İraq və Türkiyənin terrorçulara qarşı birgə mübarizə aparması üç ölkənin gündəliyində olduğu açıqlanıb.

 

Məlumata əsasən, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında İranın İraqla sərhəd bölgələrinə hücum etməsi ilə bağlı suala cavabında deyib.

 

“Mənim üç ölkə arasında bu əməliyyatlarla bağlı koordinasiya olub-olmamasından xəbərim yoxdur. Lakin İranın öz sərhədlərini qoruması və terrorçulardan təmizləməsi təbii haqqıdır. Bu əməliyyatın digər ölkələrlə eyni vaxtda aparılması təsadüfdür. Mən müştərək əməliyyatın keçirilməsi məsələsini təsdiqləmirəm. Lakin hər 3 ölkə arasında terrorçularla mübarizədə ciddi iradə mövcuddur”, - deyə XİN mətbuat katibi bildirib.

 

ABŞ-da keçiriləcək prezident seçkilərinə toxunan A. Musəvinin sözlərinə görə, İranın ABŞ-ın və hər hansı bir ölkənin daxili məsələlərinə müdaxilə etmək fikri yoxdur: “ABŞ-dakı namizədlərin arasında baş verənlər onların daxili işləridir. Bizim üçün onların ölkələrinin taleyi ilə bağlı nə qərar qəbul edəcəklərinin heç bir əhəmiyyəti yoxdur. Bizim üçün önəmli olan onların bölgədəki siyasətidir ki, biz öz davranışımızı onların bu siyasətinə uğun tənzimləyirik”.

 

ABŞ-ın İrana qarşı silah sanksiyalarının vaxtını uzatmasına münasibət bildirən A. Musəvi qeyd edib ki, bu, BMT Təhlükəsizlik Şurasının 2 231 saylı qətnaməsinə ziddir və bunun mənfi təsirləri olacaq: “ABŞ-ın İrana qarşı silah sanksiyasının uzadılmasına qarşı 2-3 xüsusi addım nəzərdə tutulub ki, şəraitə uyğun olaraq icra olunacaq.  Lakin düşünürəm iş o yerə gəlib çatmayacaq, onlar ağıllı davranacaq və işin bu yerə çatmasına imkan verməyəcəklər”.




Mənbə: apa.az Oxunub: 93 dəfə; Tarix: 2020-06-29 12:31
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!