Əfqanıstanda 2019-cu ildə nə qədər xaşxaş yetişdirildiyi açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Narkotik Maddələrlə Mübarizə Bürosu 2019-cu il üçün hesabat yayıb.

 

Hesabatda vurğulanır ki, 2019-cu ildə Əfqanıstanda 6400 ton narkotik maddə olan xaşxaş yetişdirilib.

 

"253 min hektarlıq ərazi xaşxaş əkini üçün istifadə edilib. Bu ərazilər əsasən "Taliban" nəzarətində olan bölgələrdədir", - deyə hesabatda diqqətə çatdırılıb.

 

Əfqanıstan Daxili İşlər Nazirliyi də 30 min 902 nəfərin son 10 il ərzində narkotik maddə dövriyyəsində iştirak etdikləri üçün saxlanıldıqlarını açıqlayıb.




Mənbə: Parstoday Oxunub: 181 dəfə; Tarix: 2020-06-29 12:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!