İran və İraq "Ərbəin" yürüşünün keçirilməsi barədə danışıqlar aparır


Eastnews.org-un verdiyi xəbərə görə, İran və İraq rəsmiləri "Ərbəin" yürüşünün necə keçirilməsini araşdırır.

 

Koronavirus pandemiyasının yayılması ilə bərabər İranda Ərbəin Mərkəzi Qərargahının ilk rəsmi iclası 20-dən çox qurumun səlahiyyətli şəxslərinin iştirakı ilə keçiriləcək.

 

Bu ilki "Ərbəin" yürşünün keçirilməsini İran və İraqdan 451-dən çox təşkilat dəstəkləyir. Hal-hazırda koronvirus pandemiyasının yayıldığı bir zamanda "Ərbəin" yürüşünün keçirilməsinin mümkünlüyü araşdırlır.

 

Bu il "Ərbəin" mərasiminin keçirilməsi koronavirusun başlaması səbəbindən birmənalı qarşılanmayıb. İraq tərəfi hələ də yürüşlə bağlı açıqlama verməyib və İraqın bir çox şəhərindəki vəziyyət hələ də gərgindir. Hətta Kərbəla və Nəcəf şəhərlərində də koronavirusun yayılmasından bəri karantin davam edir.

 

Buna baxmayaraq, bəzi təşkilatlar bu ilki "Ərbəin" yürüşünün daha yaxşı və planlı keçirilməsi üçün çalışırlar.

 

İranda Ərbəin Mərkəzi Qərargahının ilk iclası mədəniyyət sahəsində bütün aidiyyəti qurum və təşkilatların iştirakı ilə mədəniyyət komitəsi tərəfindən keçiriləcək. İlk iclas sabah keçiriləcək və koronvirus dövründə yürüşün keçirilməsi yolları müzakirə ediləcək.
 




Mənbə: FNA Oxunub: 2357 dəfə; Tarix: 2020-06-22 10:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!