İraqda 3000 İŞİD-çiyə edam hökmü verilsə də qərar icra olunmur


Eastnews.org-un verdiyi xəbərə görə, İraq təhlükəsizlik rəsmisi son aylarda İraqda 3000-dən çox İŞİD üzvünün edam cəzasına məhkum edildiyini açıqlayıb.


İraqlı təhlükəsizlik mənbəsi İraq həbsxanalarının demək olar ki, illərlə həbs olunan İŞİD terror qruplaşmasının elementləri ilə dolu olduğunu deyib.


Mənbə "Arabic.rt"yə açıqlamasında 3000-dən çox İŞİD üzvünün ölüm cəzasına məhkum edildiyini, lakin cəzalandırılmadığını deyib.


Qeyd edək ki, bu yaxınlarda İraq parlamentindəki Təhlükəsizlik və Müdafiə Komissiyasının keçmiş başçısı Hakim əz-Zamili İŞİD  terrorçularının edam edilməsinə çağırış edib.


Bundan əlavə, İraq parlamentindəki "Sadiqun" fraksiyasının üzvü Həsən Salim may ayının ortalarında İraq Prezidenti Bərham Salehi İŞİD üzvləri üçün edam qərarını imzalamağa səsləyib.




Mənbə: arabic.rt Oxunub: 89 dəfə; Tarix: 2020-06-02 09:46
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!