Tramp etiraz nümayişlərini terror aktı adlandırdı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp ölkədə baş verən etirazlara münasibət bildirib.


O qeyd edib ki, ölkədə baş verən etirazların qarşısının alınması üçün bütün resurslardan istifadə olunacaq:


"Linkolnun və İkinci Dünya müharibəsinin abidəsi vandalların hücumuna məruz qalıb. Bunlar dinc etiraz aksiyaları deyil, bunlar daxili terror aktlarıdır. Bütün Amerika ağrını hiss edir və Corc Floydun amansız ölümü ilə əlaqədar qəzəblənib. Biz ədalətin qalib gəlməsinə sadiqik".

 

Qeyd edək ki, mayın 25-də afroamerikalı Corc Floyd ABŞ polisi tərəfindən amansızcasına öldürülüb. Polis onun qoluna qandal vuraraq, yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb. 




Mənbə: FNA Oxunub: 208 dəfə; Tarix: 2020-06-02 08:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!