İspaniyada son sutkada koronavirusdan 832 nəfər öldü


Eastnews.org-un verdiyi xəbərə görə, İspaniyada son 24 saat ərzində yeni koronavirusdan (COVID-19) 832 nəfər ölüb.

 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ölənlərin ümumi sayı 5690 nəfərə çatıb.  

 

Son sutka ərzində 8190 yeni yoluxma qeydə alınıb, koronavirus diaqnozu qoyulanların ümumi sayı 72 248-ə çatıb. Onlardan 4,5 min nəfərinin vəziyyəti ağırdır, 12,3 min nəfər sağalıb.
Ən ağır vəziyyət Madrid bölgəsindədir. Burada 21,5 min yoluxma, 2,8 min ölüm qeydə alınıb. Koronavirusa yoluxma və ölüm sayına görə İspaniya İtaliyadan sonra Avropada ikinci yerdədir.  

 

Martın 14-dən aprelin 11-dək İspaniyada yüksək hazırlıq rejimi tətbiq olunub, insanların hərəkəti məhdudlaşdırılıb. 




Mənbə: apa.az Oxunub: 136 dəfə; Tarix: 2020-03-28 15:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!