“Moody's” qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Moody's" beynəlxalq reytinq agentliyi koronavirus (COVID-19) infeksiyasının yayılmasını nəzərə alaraq bu il üçün qlobal iqtisadi artım proqnozunu azalma ilə əvəz edib.

 

Məlumata əsasən, bu barədə agentliyin açıqlamasında bildirilir. 

 

Xatırladaq ki, "Moody's” 2020-ci ildə dünya iqtisadiyyatının 2,6% böyüyəcəyini proqnozlaşdırırdı. Hazırda isə qurum bu il 0,5% qlobal iqtisadi kiçilmə gözlədiyini bəyan edir.  

 

Agentlik hesab edir ki, koronavirus dünya iqtisadiyyatına görünməmiş zərbə vuracaq. Aparıcı mərkəzi bankların və hökumətlərin qəbul etdiyi qərarlara baxmayaraq, bir sıra iqtisadiyyatlarda baş verən ciddi azalmalar, maliyyə bazarlarındakı dalğalanmalar,  2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövrünü xatırladan vəziyyət yaradıb. 

 

Yeri gəlmişkən, indiyə qədər ABŞ iqtisadiyyatının 2,3% böyüyəcəyini proqnozlaşdıran "Moody's” bu rəqəmi 2%-ə, Çin iqtisadiyyatının artım göstəricisi proqnozunu isə 5,1%-dən 3,3%-ə endirib. Koronavirusdan ciddi əziyyət çəkən İtaliyada isə iqtisadiyyatın bu il 2,7% kiçiləcəyi proqnozlaşdırılır.




Mənbə: report.az Oxunub: 28 dəfə; Tarix: 2020-03-28 15:32
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!