Çin koronavirusa qarşı mübarizədə ənənəvi təbabətdən istifadə edib


Eastnews.org-un verdiyi xəbərə görə, Çin xalqı 2500 ilə yaxındır ki, bir çox xəstəlikləri, hətta virusları müalicə etmək üçün ənənəvi dərmanlardan istifadə edir. Hazırda həkimlər bu dərmanları koronavirusu müalicə etmək üçün istifadə edirlər.

 

Bu barədə "Chinadaily" qəzetində məqalə dərc olunub.

 

Məqalədə qeyd olunub ki, Çində ənənəvi dərman vasitələrinin uzun müddətli müalicə tarixi var və bu dərmanların istifadəsi koronavirusun yayılmasından bəri xəstələrin müalicəsi üçün təyin edilib.

 

Qəzet məqalədə ənənəvi dərman vasitələrinin effektivliyinə istinad edir. Ənənəvi Çin dərmanları virusu öldürməyə qadir deyil, lakin xəstələrin müalicəsində və yaxşılaşmasında təsirli olub.

 

Çində koronavirusa yoluxan 70 mindən çox insan ənənəvi müalicə üsulundan istifadə edib və 90 faiz insan sağalıb.


Yazıda qeyd olunub ki, xəstələrin vəziyyəti də fərqlidir, buna görə həkimlər xəstənin simptomları, elementləri və şərtlərini nəzərə alaraq ənənəvi dərmanlar təyin ediblər. Bu növ dərmanların hazırlanmasının özünəməxsus yolları var. Bəzi dərmanlar bir neçə fərqli maddədən  əldə olunur.




Mənbə: Chinadaily Oxunub: 381 dəfə; Tarix: 2020-03-26 14:26
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!