Netanyahu: İsraili tamamilə karantinə almağa məcbur ola bilərik


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin baş naziri Benyamin Netanyahu koronavirusun yayılması fonunda işğal olunmuş ərazilərdəki təhlükəli vəziyyətdən danışıb.

 

Benyamin Netanyahu verdiyi açıqlama zamanı bildirib ki, koronavirusun kəskin yayılmasından sonra mümkün olan ən pis ssenarilərə hazırlaşmışıq:

 

"Yaxın iki həftədəki mövcud tendensiya ilə on minlərlə israillinin koronavirusa yoluxacağını və çoxunun ölüm riski altında olacağını proqnozlaşdırırıq. Əgər koronavirusa yoluxanların sayı artmaqda davam edərsə, qlobal karantin tətbiq etməliyik. Bunu etməkdən başqa çarəmiz yoxdur".

 

Netanyahu, işğal olumuş ərazilərdə yaşayan israilliləri evlərində qalmağa və verilən təlimatlara əməl etməyə çağırıb.

 

Qeyd edək ki, işğal olunmuş ərazilərdə bu günə qədər koronavirus epidemiyasında ölənlərin sayı 2300 nəfərdən çoxdur.




Mənbə: israeltimes Oxunub: 161 dəfə; Tarix: 2020-03-26 14:17
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!