İraq ABŞ-ın yeni silah və texnikalarını Eyn əl-Əsəd bazasına gətirilməsinə görə xəbərdarlıq edib


Eastnews.org-un verdiyi xəbərə görə, İraq təhlükəsizlik mütəxəssisi Əmir Əbdülmunim Saidi, "Həşd-Şabi" müqavimət hərəkatını hədəf almaq üçün Eyn əl-Əsəd bazasına yeni silah, texnika gətirilməsi barədə xəbər verib.

 

Bu barədə "almaalomah" saytı məlumat yayıb.

 

Məlumata görə, Əmir Əbdülmunim Saidi bildirib ki, ABŞ-ın hərbi texnika, "Patriot" sisteminin hissələrini Eyn əl-Əsəd bazasına təhvil verməsi ilə bağlı məlumatımız var. Bazaya hərbi texnikanın yığılmasından məqsəd "Həşd-Şabi" müqavimət hərəkatının Suriya sərhəddində olan qruplarına qarşı əməliyyatlar keçirməkdir.

 

Təhlükəsizlik mütəxəssisi, həmçinin ABŞ-ın İraq və Suriya arasındakı Anbar səhrasında olan terrorçulara dəstək verəcəyini də qeyd edib:

 

"ABŞ, İraq daxilində və Suriyada mühasirəyə alınan terrorçular üçün yeni bir qərargah qurmaq üçün çalışır".




Mənbə: almaalomah Oxunub: 45 dəfə; Tarix: 2020-03-26 13:21
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!