"Taliban"ın hücumunda dinc sakinlər öldü


Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın Kapisa vilayətinin Ela Say rayonunda "Taliban" üzvləri tərəfindən minaatan hücumu təşkil olunub.


Bu barədə Kapisa Polis İdarəsi rəsmisi Şaiq Şuriş açıqlama verib.


Açıqlamada atılan mərminin mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsinə tuş gəldiyi bildirilib.


Hücumda 3 nəfər həyatını itirib, 2 uşaq yaralanıb. Bölgəyə gedən polislərə silahlı hücum nəticəsində 1 polis də həlak olub.


"Taliban"dan hadisəylə əlaqədar açıqlama verilməyib.




Mənbə: AA Oxunub: 90 dəfə; Tarix: 2020-03-25 15:54
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!