Əmmar Həkim İraq Milli Alyansının bütün siyasi fəaliyyətlərini dayandırdı


Eastnews.org-un verdiyi xəbərə görə, İraq Milli Alyansının rəhbəri Seyid Əmmar Həkim, koronavirusa görə bölgədəki bütün siyasi fəaliyyətləri dayandırdığını açıqlayıb.

 

Bu barədə İraq mediası məlumat yayıb.

 

Məlumata görə, Seyid Əmmar Həkim bu gün səhər bütün siyasi fəaliyyətlərin dayandırıldığını və kornavirusa qarşı xalq mübarizəsinə qoşulduğunu bildirib.

 

Hərəkat tərəfindən yayımlanan açıqlamada qeyd olunub:

 

"İraq xalqının üzləşdiyi çətin vəziyyəti tanımaqla yanaşı, bu acınacaqlı duruma son qoymaq üçün bütün səyləri səfərbər etməyin, İraq Milli Alyansının bütün siyasi fəaliyyətlərini dayandırmağın və xalq mübarizəsinə qoşulmağın zəruriliyinə inanırıq".




Mənbə: Mehr News Agency Oxunub: 93 dəfə; Tarix: 2020-03-25 15:05
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!