Rusiya koronavirusla mübarizədə ABŞ-a kömək etməyə hazır olduğunu açıqladı


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ölkəsinin ABŞ-a koronavirusla mübarizədə kömək etməyə hazır olduğunu söyləyib.


Bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Məlumata görə, rusiyalı diplomatı verdiyi açıqlamada "Sistemimizin zəif olması ilə əlaqədar fərziyyələr yolverilməzdir. Xüsusilə özlərini səhiyyə mütəxəssisi adlandıran şərhçiləri nəzərdə tuturam. Test kitlərimiz Çin və İranda üstün keyfiyyət nümayiş etdirdi və İtaliyaya göndərilib. Sadə amerikalı bilməlidir ki, Rusiya lazım olduqda ABŞ-a kömək etməyə hazırdır", - deyib.


Rusiya rəsmisi qeyd edib ki, ölkəsi Kaliforniyada yanğınların söndürülməsində dəfələrlə ABŞ-a yardım təklif edib.




Mənbə: İRNA Oxunub: 65 dəfə; Tarix: 2020-03-25 14:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!