Tramp koronavirusla mübarizə üçün Cənubi Koreyadan tibbi avadanlıqlar istədi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Mun Çje-İn arasında telefon danışığı olub.

 

"Wall Street Journal"ın verdiyi xəbərə əsasən, bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Donald Tramp koronavirusla mübarizə üçün Cənubi Koreyanın mümkün olduğu təqdirdə ABŞ-a tibbi avadanlıqlar göndərməsini xahiş edib. Lakin Cənubi Koreya Prezidentinin mətbuat xidməti Donald Trampın hansı tibbi avadanlıqların göndərilməsini istədiyini açıqlamayıb.

 

Ağ Ev iki prezident arasında telefon danışığının baş tutduğunu təsdiqləsə də digər detallar barədə məlumat verməyib.




Mənbə: apa.az Oxunub: 120 dəfə; Tarix: 2020-03-25 10:50
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!