Rusiya İtaliyaya 15-ci yardım təyyarəsini yolladı


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Hərbi Kosmik Qüvvələrinin 15-ci təyyarəsi koronavirusla mübarizə aparmağa yardım üçün Moskvadan İtaliyaya uçub.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.


“Rusiya Hərbi Kosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının 15-ci  “İl-76” təyyarəsi Çkalovski aerodromundan (Moskva bölgəsi) İtaliya Hərbi Hava Qüvvələrinin Praktik de Mare aviabazasına (Romadan 30 km cənub-qərbdə) koronavirusla mübarizə üçün xüsusi avadanlıq və vasitələr göndərmək üçün yola düşdü”, - deyə məlumatda bildirilir.


İtaliya tərəfi ilə razılşamaya əsasən, rusiyalı mütəxəsislərin ilk işə başlayacağı ərazi Lombardiya vilayətinin Berqamo şəhəri olacağı qeyd edilir.


Xatırladaq ki, hazırda İtaliyada koronavirua yoluxanların sayı 69 min nəfəri ötüb, virusa yoluxanlardan 8 mindən artığı sağalıb, 6820 nəfər isə dünyasını dəyişib.




Mənbə: RİA Oxunub: 351 dəfə; Tarix: 2020-03-25 10:49
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!