Sinqapurda 5 dəqiqəyə koronavirusu aşkar edən test hazırlandı


Eastnews.org-un verdiyi xəbərə görə, Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspress test hazırlayıblar. 

 

Məlumata əsasən, İnkişafı Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test “Cepat” adlandırılıb.

 

Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, "Cepat” testinin kütləvi istifadəsi üçün bir ay ərzində lisenziyanın alınacağını gözləyirlər. 

 

Onun sözlərinə görə, tədqiqatların yüksək dəqiqliyinə tam əmindirlər:  “Dövlət xəstəxanalarından birində aparılan klinik tədqiqatlar bunu deməyə əsas verir. Lisenziya alındıqdan sonra testlər yalnız xəstəxanalarda deyil, bütün klinikalarda aparılacaq". 

 

Qeyd edək ki, Sinqapurda 558 nəfər koronavirusa yoluxub. Onlardan 150-dən çoxu sağalıb, 2 ölüm halı qeydə alınıb.




Mənbə: apa.az Oxunub: 163 dəfə; Tarix: 2020-03-25 09:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!