HƏMAS rəsmisi İsraili Qəzzada koronavirus yaymaqda ittiham etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Xəlil əl-Xayyə işğalçı İsrail rejiminin koronavirus ilə bağlı planlarını ifşa edib.

 

Xəlil əl-Xayyə vurğulayıb ki, işğalçı İsrail rejimi Qəzza zolağında koronavirusun yayılması üçün işlər aparır.

 

"Bu gün koronavirusun Qəzza zolağında yayılmasına görə günahkar sionist İsrail rejimidir. Onlar bu xəstəliyi Qəzzada yaymaq üçün çalışırlar", - deyə Xəlil əl-Xayyə diqqətə çatdırıb.

 

HƏMAS rəsmisi qeyd edib ki, bu böhranı Qəzzada yaymaq cəhdi insanlıqdan kənar addımdır.




Mənbə: FİM Oxunub: 236 dəfə; Tarix: 2020-03-24 21:40
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!