Səudiyyə Ərəbistanının Yəməni havadan neçə dəfə vurduğu açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin paytaxtı Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya əs-Səri Səudiyyə Ərəbistanının 2015-ci ildən bu günə qədər reallaşdırdığı aviazərbələrin sayını açıqlayıb.


Yəhya əs-Səri açıqlamasında vurğulayıb ki, bu günə qədər Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənə 257 min dəfə aviazərbələr endirib.


"Bu hücumlar dünya müharibə tarixindəki ən yüksək saylar deməkdir. Lakin bütün beynəlxalq qurumlar bu qanunsuzluq və cinayətlər qarşısında susurlar", - deyə Yəhya əs-Səri diqqətə çatdırıb.


O qeyd edib ki, Yəmən xalqı və ordusu heç bir hücum qarşısında geri addım atmayaraq müqavimət göstərməyə davam edəcək.




Mənbə: AlMasirah Oxunub: 141 dəfə; Tarix: 2020-03-24 16:21
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!