Lavrov: "General Süleymaninin öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi"


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov İran İnqilab Keşikçiləri Qüds qüvvələrinin komandanı general Qasim Süleymaninin öldürülməsini beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.


Sergey Lavrov İtaliyanın "La Stampa" qəzetinə verdiyi müsahibədə general Qasim Süleymaninin öldürülməsinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu söyləyib.


Vaşinqtonun general Süleymaniyə hücumundan sonra İran və ABŞ arasındakı gərginliyin artmasını şərh edən Lavrov bildirib ki, Moskvanın mövqeyi açıqdır: "BMT-nin prinsipləri və qanunlarına zidd olan və bölgədəki gərginliyi daha da artıran hər hansı bir hərəkətə qarşıyıq. Pentaqonun Qasim Süleymaninin öldürülməsinə səbəb olan hücumu beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Qərbi Asiyanın normallaşması yalnız dialoq yolu ilə mümkündür".




Mənbə: TASS Oxunub: 142 dəfə; Tarix: 2020-02-17 10:47
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!