ABŞ və Taliban arasında 7 günlük barışıq sazişi


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ mətbuatında ABŞ və Taliban arasında bir həftəlik sülh müqaviləsi əldə edildiyi iddia edilib.

 

Bu barədə "AP" məlumat yayıb.

 

Məlumata görə, müvafiq olaraq tezliklə həyata keçiriləcək razılaşmaya görə ABŞ qoşunlarını Əfqanıstandan çıxarılmağa təşəbbüs göstərəcək.

 

Adı açıqlanmayan ABŞ rəsmisi, Talibanla əldə edilən razılaşmanın çox qısa müddətdə tətbiq olunacağını və ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxara biləcəyini söyləyib.


7 günlük zorakılığın azaldılması razılaşmasından sonra Əfqanıstan hökuməti də daxil olmaqla 10 günlük sülh danışıqlarının başlayacağı bildirilib.

 

Mövzuyla əlaqədar rəsmi açıqlamanın həftə sonu veriləcəyi qeyd edilib.
 




Mənbə: AP Oxunub: 68 dəfə; Tarix: 2020-02-15 10:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!