Türkiyə Suriya sərhədinə 400 xüsusi təyinatlı göndərdi


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə hərbçiləri Suriyanın İdlib vilayəti ilə sərhəd olan ərazisinə sərhəd qoşunlarını gücləndirmək məqsədilə 400 nəfər xüsusi təyinatlı hərbçi yollayıb.

 

Bu barədə “Sabah” qəzeti yazıb.

 

“İdliblə sərhəddə yerləşən sərhəd qoşunlarının gücləndirilməsi üçün 400 nəfər hərbçi göndərilib”, - deyə qəzet yazıb.

 

Xatırladaq ki, Suriya ordusunun İdlib və Hələb vilayətlərində “Nusra Cəbhəsi” terrorçularına qarşı başlatdığı antiterror əməliyyatlarından sonra İdlib vilayətində vəziyyət gərginləşib. Son bir neçə gün ərzində Türkiyə Silahlı qüvvələri azı iki briqada və yüzlərlə hərbi texnikasını Suriya ərazisinə yeridib.




Mənbə: RİA Oxunub: 77 dəfə; Tarix: 2020-02-14 14:17
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!