Fələstinlilərə Əqsa məscidinə görə çağırış edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin "İslami Cihad" hərəkatı Əqsa məscidi ilə bağlı bəyanatla çıxış edib.


Hərəkat bəyanatında vurğulayıb ki, fələstinlilərin hər biri Əqsa məscidini İsrail rejimindən qorumaq üçün birləşməlidirlər.


"İsrail rejimi bu gün Əqsa məscidini dağıtmaq istəyir. Bunun qarşısını ancaq fələstinlilərin birliyi ala bilər. Bütün siyasi çəkişmələri kənara qoyub birləşmək lazımdır", - deyə bəyanatda diqqətə çatdırılıb.


Bundan əlavə Əqsa məscidində toplaşa bilməyən fələstinlilərin əl-Xəlil şəhərindəki həzrət İbrahim məscidinə getmələri çağırışı da edilib.




Mənbə: Shafaqna Oxunub: 112 dəfə; Tarix: 2020-02-14 11:31
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!