Seyid Həsən Nəsrullah general Qasim Süleymani haqda deyilməyənləri açıqladı


Eastnews.org-un verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah general Qasim Süleymaninin qətlə yetirilməsinin 40 günü münasibətilə videomüsahibə verib.


Bu barədə "Jamaran" saytı məlumat yayıb.


Seyid Həsən Nəsrullah müsahibəsi zamanı bildirib ki, general Qasim Süleymani məktəbi, yəni meydanda olmaq, başqalarına tərəf hərəkət etməkdir: "20 ilə yaxın Hacı Qasimlə dostluğumuz olub, həmişə o, bizə tərəf gəlib. Bəzi hallarda biz onu görməyə getmişik".


Jurnalistin İraq hadisələri və general Hacı Qasim haqda xatirələrlə bağlı sualına Seyid Həsən Nəsrullah belə cavab verib:


"İraqda İŞİD məsələsi və İŞİD-in İraqın bir neçə əyalətini işğal etməsi baş verən zaman İraqdakı vəziyyətin çox ağır olduğu müəyyənləşdi. İraq ordusunun baş verənlərə lazımi hazırlığı yox idi. Mən bir neçə iraqlı məsul şəxslərdən hətta bəzi silah anbarlarının boş olması haqda belə eşitmişəm. Həmçinin orduda ruhi və psixoloji vəziyyət yaxşı deyildi. Hacı Qasim şəxsən bir neçə SEPAH komandiri ilə Bağdada gedərək, çoxdan tanıdığı şəxslərlə əlaqə yaratdı. Meydanda düşmənlə üzbəüz gedən birinci şəxs o olub. Bağdad-Samirra yolunda baş verən hadisə də elə o vaxt baş vermişdir. O və onunla birlikdə olan kəslər hamısı az qala şəhid olacaqdılar. Elə o günlərdə Ayətullah Sistaninin məşhur cihad fətvası verildi və hər tərəfdən könüllülər cəm olmağa başladı. Amma onların hamısını idarə etməyə təcrübəli şəxslər lazım idi. Hacı Qasim Bağdaddan Dəməşqə və oradan Beyruta gəldi. Gecə saat 12 olardı yanıma gəldi. Mənə dedi ki, indi saat 12-dir və sübh açılanadək mənə 120 nəfər əməliyyat komandiri lazımdır. Dedim Hacı, indi saat gecə 12-dir, mən haradan sizə 120 nəfər tapım? Dedi başqa çarə yoxdur. İraq xalqını, müqəddəs məkanları, Nəcəf hövzəsini və İraqda bildiyin hər nə varsa hamısını İŞİD-dən qorumaq üçün başqa yol yoxdur. Mənə dedi səndən adi döyüşçü yox, əməliyyat komandiri istəyirəm. 22 illik tanışlığımız zamanı məndən heç vaxt heç nə istəməmişdi. Hətta İran üçün belə. Bəli, bu yeganə xahişi idi və o da İraq üçün. Mənimlə qaldı və tək-tək qardaşlarla əlaqə saxlamağa başladıq və 60-a yaxın adam toplaya bildik. Qardaşlardan bəziləri Suriyada idi və onlara dərhal Dəməşq aeroportuna getmələrini tapşırdıq. Bəziləri Livanda idi və gecəylə oyadıb evlərindən gətizdirdik. Çünki Hacı Qasim onları gəldiyi təyyarə ilə aparmaq istədiyini bildirmişdi. Sübh namazından sonra aeroporta gedərək, Dəməşqə və Dəməşqdən də 50-60 arası nəfərlə birlikdə Bağdada uçdular. Hacı Qasim döyüşçü istəmirəm deyirdi. Deyirdi Allah şükürlər olsun İraqda döyüşçülər var. Amma onları idarə etməyə komandirlər lazımdır. Mən həmin gecə hiss elədim ki, Hacı Qasim üçün dünya hazırda İraq və orada baş verənlərdən ibarətdir. Həqiqətən də o İraq müharibəsində qərq olmuşdu və hesab edirdi ki, bu döyüş tale və müqəddərat həll edən döyüşdür. Bu yolda ölməyə belə hazır idi. Mən ona dedim. Dedim Hacı, uşaqlar mənə bildiriblər ki, Bağdaddan Samirraya gedən karvanda özünüz də olmusunuz. Axı bu təhlükəli idi. Bildirdi ki, başqa çıxış yolu yox idi. Mən getməli idim ki, digərləri də gəlsin. Zaman çox azdır. Hesab-kitabla döyüşməyə vaxtımız yoxdur. Doğurdan da İraqda baş verənlər çox təsirli oldu. Hacı Qasim hazır idi min dəfə İraqda ölsün, amma İraq xalqına, müqəddəs məkanlara və Nəcəf hövzəsinə nicat verərək, təhlükəni İraqdan uzaqlaşdırsın. Həmçinin əgər İŞİD İraqı ələ keçirsəydi, bütün region təhlükəylə üzləşəcəkdi".


Həsən Nəsrullah müsahibəsinə belə davam edib: "Hamımız yoruluruq və bəzən bəzi şeylər bizi çətin vəziyyətə salan kimi hiss edirik, amma Hacı saatlarla işləyirdi və yorğun olsa belə işləyirdi. Bəzən gələndə diş ağrısı keçirdiyini xatırlayıram. Ağrı dözülməzdir. Bir həkim gətirək deyirdim, görüşdən sonra indi yox deyirdi. Yəni 2 saat sonra. Oturardı, ağrılara dözərdi, iclaslarda iştirak edir, idarə edir, qərar verir və sonra həkimə gedirdi. Onun gücü çətinliklərə dözməkdə idi. Mən şişirtmirəm. Hacı Qasim kimi ağrı və yuxusuzluğa dözən heç kimlə görüşməmişəm".




Mənbə: Jamaran Oxunub: 2327 dəfə; Tarix: 2020-02-13 09:34
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!