İntiqam bayrağı endirildi: General Süleymaninin qatili öldürüldü - Təhlil


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məxsus hərbi sərnişin təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Qəzanın səbəblərini araşdırsaq, təyyarənin yerə salındığını demək daha doğru olar.


Maraqlısı budur ki, ABŞ-a məxsus vurulan təyyarədə MKİ-nin İran, İraq və Əfqanıstan üzrə əməliyyatlarla məşğul olan şöbə müdiri Maykl D'Andrea da ölüb. Bunun hansı mənaya gəlməsini demək çətin olmasa da, İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının şəhid olan komandanı Qasim Süleymaninin ölümünə cavab tədbiri olması heç kimdə şübhə yaratmır.


Əfqanıstanda ardıcıl iki hərbi təyyarənin vurulması


Hadisələr Əfqanıstanda bir-birinin ardınca baş verdi: Əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrinin "Bombardier E-11A" təyyarəsi Qəzni əyalətində vurulub, ardınca Paktiya əyalətində hərbi helikopteri də yerə salınıb.


Dünya bu iki hərbi təyyarənin vurulmasından danışır və hadisənin təsadüfən olduğunu və ya qisas nəticəsində baş verdiyini irəli sürür. Əfqanıstanda fəaliyyət göstərən "Taliban" hərəkatı hər iki təyyarəni vurduğunu açıqlayıb. Üstəlik yerə salınan təyyarədə çox sayda yüksəkçinli MKİ zabitinin olduğunu bəyan edib.


ABŞ-ın maraqlarına yaxın olan "Reuters" agentliyi Qəzni şəhərinin polis rəisinin sözlərinə istinadən xəbər verib ki, qəzaya uğrayan təyyarədən dörd cəsəd tapılıb. Daha iki nəfər sağ qalıb, lakin yerləri barədə məlumat yoxdur. Onların "Taliban" tərəfindən tutulma versiyası daha çox səsləndirilir.


ABŞ öz təyyarəsinin vurulmasını etiraf edə bilmir


Birləşmiş Ştatlar Əfqanıstanda qəzaya uğrayan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olmasını təsdiqləyib. ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Qoldfein qəzanın səbəbləri və ölənlər barədə məlumat verməyib.


"Bazar ertəsi Əfqanıstanda qəzaya uğrayan təyyarə kiçik bir ABŞ hərbi təyyarəsi idi. Təyyarədə on nəfərdən az adam olub". Bunu “Reuters” agentliyi ABŞ administrasiyasındakı adını açıqlamadığı mənbəsinə istinadən xəbər verib.


ABŞ üçün böyük itki 


ABŞ ordusunun yüksəkçinli rəsmisinin "Taliban" tərəfindən vurulan təyyarədə ölməsi Vaşinqton üçün böyük itki hesab olunur. Birləşmiş Ştatlar bu məsələni əvvəlcə ört-basdır etməyə çalışsa da, sonradan təyyarənin qalıqlarının mediada yayılması qarşı tərəfi ətraflı olmasa da, təsdiqedici açıqlamalar verməyə məcbur edib.


Təyyarədə ölən D'Andrea isə ABŞ ordusu üçün vacib personajlardan biri olub. O, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran, İraq və Əfqanıstandakı kəşfiyyat əməliyyatlarına rəhbərlik edib. Hesabatlarda göstərildiyi kimi, o, general Qasim Süleymaniyə qarşı hücumu da təşkil edib.


Maykl D'Andrea MKİ-də 1979-cu ildən bəri işləməyə başlayıb. O, Afrikada, ABŞ-ın Darus-Salam (Tanzaniya) səfirliyində işləyib, sonra Qahirədəki MKİ idarəsinin rəhbəri və daha sonra Bağdadda xidmət aparıb. 2017-ci ildən bu yana İran istiqamətinə nəzarət edib. D'Andrea 2006-cı ildən bəri 9 ildir MKİ-nin Antiterror Mərkəzinə rəhbərlik edib.


İran intiqamını Əfqanıstanda aldı


İnqilab Keşikçilər Korpusunun xain hücum nəticəsində həyatını itirən komandanı Qasim Süleymani heç kimə sirr deyil ki, Əfqanıstan da daxil olmaqla, Yaxın Şərqdə böyük nüfuza malik olan və yerli xalqlar tərəfindən birmənalı qəbul edilən şəxs idi. Onun ölüdürülməsinə həm ölkəsi, həm də Yaxın Şərqdə insanların böyük reaksiya verməsi generalın intiqamının tezliklə və layiqincə alınacağından xəbər verirdi.


İran ordusunun ABŞ bazalarına mütəmadi raket zərbələri endirməsini nəzərə almasaq, Əfqanıstanda "Bombardie E-11A" təyyarəsinin yerə salınması ABŞ-a sərt cavablardan biri oldu. Sağlığında ABŞ-ın Əfqanıstandakı işğalçı missiyasına mane olmaq məqsədilə Qasim Süleymaninin əfqanlara müxtəlif yardımlar etməsi, onların silahla təmin olunmasında böyük pay sahibi olması iranlı generalın əfqanlar arasında xeyli tərəfdarlar toplaması ilə nəticlənib.


Qasim Sleymaninin əfqanlar arasında olan nüfuzu və rəğbətini nəzərə alaraq ABŞ-a məxsus təyyarənin İranın sifarişi və koordinatları ilə "Taliban" döyüşçüləri tərəfindən vurulması heç də istisna deyil. ABŞ-İran qarşıdurmasında Tehranın Vaşinqtona vurduğu son zərbə Birləşmiş Ştatların dünyadakı toxunulmazlıq nüfuzunu itirməsi baxımından daha bir addım oldu.


Hüseyn Abdullah




Mənbə: Eastnews.org Oxunub: 18301 dəfə; Tarix: 2020-01-30 13:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!