Terrorçular Hələb şəhərini atəşə tutdu


Eastnews.org-un verdiyi xəbərə görə, bu gecə terrorçular yayılım atəş sistemi ilə Hələb şəhərinin qərbində yerləşən Cideyda rayonuna raket zərbəsi endirib.


Raket zərbələri nəticəsində bir mülki vətəndaş həyatını itirib, yaralıların sayı dəqiqləşdirilir.


Bundan əlavə, terrorçular Cəmiyyət əz-Zəhra məhəlləsini atəşə tutublar. Nəticədə mülki vətəndaşlar yaralanıb. Bir neçə mərmi Əş-Şami məscidi yaxınlığına düşərək, məscidə zərər verib.


Suriya ordusunun artilleriya qüvvələri terrorçuların atəşkəsi pozmasına cavab olaraq əks zərbələr endirib. Terrorçular canlı qüvvə və texnika baxımından itkilər verib.




Mənbə: SANA Oxunub: 128 dəfə; Tarix: 2020-01-20 10:05
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!