HƏMAS hərəkatı Misirlə münasibətlərdə hər hansı gərginliyi təkzib etdi


Eastnews.org-un verdiyi xəbər görə, HƏMAS İslami Müqavimət Hərəkatı siyasi bürosu rəhbərinin media müşaviri hərəkatın Misirlə münasibətlərində gərginliyin olduğu barədə mediada yayılan xəbərləri təkzib edib.


Bu barədə HƏMAS-a yaxın media orqanları məlumat yayıb.


Məlumata görə, hərəkatın siyasi bürosunun rəhbərinin media üzrə müşaviri Tahir Nani verdiyi açıqlama zamanı bildirib ki, İsmayıl Haniyənin xarici səfərinin məqsədi Fələstin məsələsinə siyasi dəstək qazandırmaqdır, daxildə və xaricdə Fələstinin sabitliyini möhkəmləndirməkdir.


O, həmçinin qeyd edib ki, hərəkatın Misirlə münasibətlərində hər hansı bir gərginliyi olmayıb, HƏMAS-ın Misirlə münasibətləri bütün sahələrdə tam koordinasiya və əməkdaşlıq yolu ilə davam edir.




Mənbə: Mehr News Agency Oxunub: 36 dəfə; Tarix: 2020-01-20 09:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!