Yəmən ordusu Mərib vilayətində hərbi bazaya zərbə endirdi


Eastnews.org-un verdiyi xəbərə görə, yanvarın 19-da “Ənsərullah” hərəkatı Yəmənin Mərib vilayətindəki Səudiyyə Ərəbistanı muzdlularının yerləşdiyi hərbi düşərgəyə ballistik raket zərbəsi endirib.


Ballistik raket zərbəsi nəticəsində 100 Səudiyyə dəstəkli hərbçi ölüb, 100-dən artığı isə yaralanıb.


Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. 




Mənbə: Əl-Cəzirə Oxunub: 461 dəfə; Tarix: 2020-01-20 09:53
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!