Somalidə türk inşaat şirkətinin işçilərinə qarşı terror aktı törədildi


Eastnews.org-un vrdiyi xəbərə görə, Somalidə türk inşaat şirkətinin işçilərini hədəf alan terror aktı törədilib.

 

"Reuters"in verdiyi xəbərə əsasən, Somalinin paytaxtı Moqadişunun şimal-qərbindəki Afoye bölgəsində Türkiyəyə məxsus inşaat şirkətinin işçilərinin olduğu ərazidə bomba yüklü avtomobil partladılıb.

 

Məlumata görə, terror aktı türk mühəndislərin və Somali polislərinin nahar etdikləri məkanda baş verib.

 

Xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

 

"Anadolu" agentliyinin verdiyi xəbərə görə isə inşaat işçiləri arasında yaralananlar var.




Mənbə: apa.az Oxunub: 191 dəfə; Tarix: 2020-01-18 15:43
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!