Terrorçular Somali hərbi bazalarına hücum etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Somali ordusu “Əş-Şabab” terrorçularının hərbi bazalara hücumunu dəf edib. Toqquşmalar nəticəsində azı 4 hərbçi ölüb.


Bu barədə yerli “Garowe Online” nəşri məlumat verib.


Məlumata əsasən, terrorçuların ilk hücumu ötən gecə Somali ordusunun Hind okeanı sahilində yerləşən Orta Şəbaliyyə vilayətinin Hacı Əli kəndində yerləşən bazasına hücum olub.


Hücum nəticəsində baş verən silahlı toqquşmalarda 16 terrorçu öldürülüb. Ordu qüvvələrinin adıçəkilən kəndə nəzarəti əldə saxladığı açıqlanıb. Lakin “Əş-Şabab” kəndi ələ keçirərək, 7 hərbçini öldürdüklərini iddia edib.


Digər hücum isə bu gecə Afqoyne şəhərinin yaxınlığında yerləşən hərbi bazaya edilib. Somali ordu nümayəndəsi Osman Adena bir neçə saat davam edən döyüşlərdən sonra ordu qüvvələrinin hücumu dəf etdiyini açıqlayıb. Bu hücumda ölən və yaralananlar barədə məlumat verilməyib.




Mənbə: RİA Oxunub: 187 dəfə; Tarix: 2020-01-18 14:03
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!