İran Böyük Britaniya səfirini ölkədən çıxara bilər


Eastnews.org-un verdiyi xəbərə görə, İran hökuməti Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makerin etiraz aksiyalarında iştirak etdiyi üçün onun ölkədən çıxarılması məsələsini nəzərdən keçirir.

 

Bu barədə İSNA ölkə məhkəmə sisteminin rəsmisi Qulamhuseyn İsamyıla istinadən məlumat verib.

 

“Beynəlxalq hüquqda belə insanlar arzu edilməyən şəxs adlanr və bizim xalq onun ölkədən qovulmasını gözləyir. Həmçinin bunu dünya ictimayəti tələb edir”, - deyə Q.İsmail bildirib.

 

“Əlbətdə ki, Xarici İşlər Nazirliyi və İran İslam Respublikası Hökuməti bu işdə ev sahibi dövlət olaraq məsuliyyət daşıyır”, - deyə Q. İsmayıl əlavə edib.

 

İran rəsmisi hər şeyin 1961-ci il 18 aprel tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq baş verəcəyini qeyd edib.




Mənbə: İran KİV Oxunub: 94 dəfə; Tarix: 2020-01-14 15:22
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!