Çavuşoğlu Haftarın atəşkəs razılaşmasını imzalamamasına münasibət bildirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Liviya Milli Ordusunun (LMO) rəhbəri, marşal Xəlifə Haftarın Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracla atəşkəs razılaşmasını imzalamamasına münasibət bildirib. 

 

Məlumata əsasən, nazir bildirib ki, X. Haftar belə edəcəyi təqdirdə, Liviya ilə bağlı Berlin prosesinin heç bir əhəmiyyəti olmayacaq.

 

“Türkiyənin liderliyi ilə Liviyada atəşkəs və sülhün əldə edilməsi üçün öhdəmizə düşəni etdik, bundan sonra da əlimizdən gələni etməyə davam edəcəyik. Haftarın atəşkəs razılaşmasını imzalamaması kimin müharibə, kimin sülh istədiyini göstərir”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri 12 yanvar saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.

 

Xatırladaq ki, dünən Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında “2+2” formatında görüş keçirilib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan həmin görüşdə iştirak etmək üçün Moskvaya səfər ediblər.

 

Görüşə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar da qatılıb.

 

Liviya Milli Ordusunun (LMO) rəhbəri Haftar Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.




Mənbə: apa.az Oxunub: 56 dəfə; Tarix: 2020-01-14 14:02
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!