Terrorçu qruplaşma ABŞ-ın generalları öldürməsini alqışladı


Eastnews.org-un verdiyi xəbərə görə, "əl-Qaidə" ilə əlaqəli "Harasuddin" terror qruplaşması, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymani və "Həşd-Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin ABŞ tərəfindən öldürülməsini alqışlayıb.

 

"Əl-Qaidə" terror təşkilatının qolu olan "Harasuddin" terror qruplaşması "Tvitter" səhifəsində general Qasim Süleymaninin ABŞ tərəfindən terror edilməsini alqışlayan bəyanat yayıb.


Açıqlamada, "Harasuddin" terror qruplaşmasının yüksək vəzifəli rəsmisi Əbu Əbdür-Rəhman Maki bildirib ki, İslam "düşmənləri"nin məhv edilməsi başqaları tərəfindən edilsə belə möminlər üçün xoşbəxtlik mənbəyidir.


Qeyd edək ki, general Qasim Süleymani və "Həşd-Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndis bölgədən terrorçuların təmizlənməsində böyük rola sahib idilər.




Mənbə: FNA Oxunub: 349 dəfə; Tarix: 2020-01-14 11:52
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!