Cavad Zərif İngiltərə və Avropa Birliyininə xəbərdarlıq etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif, İngiltərə və Avropa Birliyinə xəbərdarlıq edib.


"Üç Avropa ölkəsi nüvə müqaviləsini qoruya bilər, ancaq İrana qarşı təhqir və təzyiqlərə razılıq vermərik. Bunun əvəzinə Avropa öz öhdəliklərini yerinə yetirmək üçün cəsarətə sahib olmalıdır" - deyə Cavad Zərif bildirib.


İran XİN-i rəsmi "Tvitter" səhifəsində İngiltərə rəsmilərinin son qərəzli açıqlamalarına və üç Avropa ölkəsinin (İngiltərə, Fransa və Almaniya) liderlərinin açıqlamalarına cavab verib:

 

"Diplomatik səhv? İngiltərə Amerika Birləşmiş Ştatların davranışlarını təqlid edir və terror hadisələrində kor-koranə iştirak edir. Sonuncu dəfə İngiltərənin ABŞ tərəfindən ləkələnməsi İraq müharibəsi idi. Məsələ necə həll olunur? Nəcib bir dəyişiklik edin və məhkəmənin qərarı ilə iranlılara borcunuzu ödəyin".

 

Qeyd edək ki, İngiltərənin xarici işlər naziri Dominik Robb İranı sanksiyalarla hədələmişdi. 




Mənbə: FNA Oxunub: 212 dəfə; Tarix: 2020-01-14 11:33
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!