Suriya İran danışıqları keçirilib


Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Tehranda Suriya nazirlər şurasının üzvü İmad Hamisin başçılıq etdiyi nümayəndə heyəti ilə İranın birinci vitse prezidenti İshaq Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında rəsmi danışıqlar keçirilib. Görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

 

Tehrandakı Səadabad saray kompleksində baş tutan görüş zamanı Nazirlər Şurası sədrinin müavini, xarici işlər və mühacirlər naziri Valid əl-Muallam və müdafiə naziri general Əli Abdullah Əyyubdan ibarət SƏR hökumət heyətinin üzvləri İran tərəfinə - nəqliyyat və şəhərsalma naziri Məhəmməd İslam və Müdafiə naziri general Əmir Hatəmiyə, general Süleymanın vəfatı ilə əlaqədar İran xalqı və hökumətinə başsağlığı verərək, həmrəy olduqlarını açıqlayıblar.

 

Xamis, Dəməşq və Tehran arasındakı dərin əlaqələri yüksək qiymətləndirərək, bu səfərin, general Süleymaninin ölümü ilə əlaqədar İranın özünə və bütün bölgəyə qarşı açılan  müharibə ilə qarşılaşdığı bir dövrdə həyata keçirildiyini qeyd edib. O, Suriyanın İran İslam Respublikası ilə tam həmrəyliyini və hər cür sui-qəsdlərə qarşı müdafiə və mübarizə hüququnun dəstəklədiklərini təsdiqləyərək, Tehranın bütün çətinlikləri dəf edə biləcəyini bildirib.

 

Öz növbəsində, Cahangiri bölgənin xarici müdaxilə nəticəsində qeyri-sabitlikdən əziyyət çəkdiyini qeyd edərək, bütün ərazi üzərində suverenliyinin qaytarılmasına və terrorizmdən təmizlənməsinə qədər Suriya ilə koordinasiya və məsləhətləşmələrin davam etdirəcəklərini bir daha təsdiqləyib.

 

Danışıqlarda Suriya Ərəb Respublikasının Tehrandakı səfiri Adnan Mahmud və İranın Dəməşqdəki diplomatik nümayəndəliyinin rəhbəri Cavad Turkabadi iştirak edib.




Mənbə: SANA Oxunub: 139 dəfə; Tarix: 2020-01-14 10:39
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!