İranın zərbə endirdiyi ABŞ hərbi bazasından son görüntülər - Foto/Video


Eastnews.org-un verdiyi xəbərə görə, İran general Qasim Süleymani və İraq “Həşd Şabi” qüvvələrinin komandiri Əbu Mehdi Mühəndisi Bağdad hava limanı yaxınlığında qətlə yetirməsindən sonra ABŞ-ın İraqdakı "Eyn əl-Əsəd" hərbi bazasına endirdiyi raket zərbələrinin nəticələrinin yeni görüntüləri yayıb.


Yayımlanan görüntülərdə ABŞ-a məxsus bazada bir sıra obyektlərin tamamilə məhv olduğu və yandığı əks olunub.


ABŞ mətbuatının yazdığı məlumata əsasən, İranın endirdiyi ballistik raket zərbələri nəticəsində "Black Hawk" vertolyotu və "MQ-9 Rapter" pilotsuz uçan aparatı sıradan çıxıb. Raket zərbələri nəticəsində hərbçilərin kazarmasının yanması canlı itkilərin olduğunu nümayiş etdirir.


Xatırladaq ki, İran ABŞ-ın İraqdakı "Eyn əl-Əsəd" və Ərbil ətrafındakı bazalarına 12 ballistik raket zərbəsi endirdiyini açıqlayıb.






Mənbə: Eastnews.org Oxunub: 1508 dəfə; Tarix: 2020-01-14 09:20
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!