İran səfiri Britaniya XİN-ə çağırıldı


Eastnews.org-un verdiyi xəbərə görə, İran səfiri Həmid Bəninejad Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisinə (Xarici İşlər Nazirliyi) çağırılıb.

 

"Sky News"un verdiyi xəbərə əsasən, bu barədə Böyük Britaniya Baş Nazirinin ofisi məlumat yayıb.

 

"Britaniya səfirinin Tehranda saxlanılması ilə əlaqədar İranın ölkəmizdəki səfiri Yaxın Şərq məsələləri üzrə nazirlə görüş üçün dəvət edilib. Xarici və İttifaq məsələləri üzrə Ofis əmin olmaq istəyir ki, bu, yenidən baş verməyəcək”, - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Böyük Britaniyanın İrandakı səfiri Robert Makeyr yanvarın 12-də Tehran Universiteti qarşısında və paytaxtda keçirilən etiraz aksiyalarının kadrlarını çəkərkən saxlanılıb. Səfir bir neçə saat saxlanıldıqdan sonra İran XİN-in müdaxiləsi nəticəsində azad edilib.




Mənbə: apa.az Oxunub: 104 dəfə; Tarix: 2020-01-13 16:50
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!