Moskvada Rusiya ilə Türkiyənin Xarici İşlər və Müdafiə nazirləri arasında görüş başladı


Eastnews.org-un verdiyi xəbərə görə, Moskvada Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirləri arasında “2+2" formatında görüş başlayıb.

 

Məlumata əsasən, Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar Evi"ndə keçirilən görüşdə Rusiya XİN başçısı Sergey Lavrov, Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu, Türkiyə Müdafiə naziri Hulusi Akar və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan iştirak edirlər.

 

Qeyd edək ki, yanvarın 8-də İstanbulda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan razılığa əsasən, bu gün Moskvada iki ölkənin Xarici İşlər və Müdafiə nazirləri səviyyəsində Liviya münaqişəsinin nizamlanmasına həsr olunan görüş keçirilir. Danışıqlara daha sonra Moskvada səfərdə olan Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Səracın qatılacağı da bildirilib.




Mənbə: apa.az Oxunub: 78 dəfə; Tarix: 2020-01-13 16:46
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!