İran Ukrayna təyyarəsini səhvən vurduğunu etiraf etdi - Video


Eastnews.org-un verdiyi xəbərə görə, İranın paytaxtı Tehran yaxınlığında düşən Ukraynaya məxsus “Boeing 737” təyyarəsi barədə rəsmi açıqlama yayılıb.


Bu barədə İran dövlət telekanalı məlumat yayıb.


İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib ki, təyyarə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün səhvən vurulub:


- ABŞ Prezidenti və hərbi komandirlərinin əks-əməliyyat vəziyyətində İran İslam Respublikası ərazisində çox sayda hədəfi vurması ilə bağlı təhdidlərinə cavab olaraq bölgədəki hava nəqliyyatında görünməmiş artım nəzərə alınmaqla İran İslam Respublikasının Silahlı Qüvvələri mümkün təhdidlərə cavab vermək üçün ən yüksək hazırlıq səviyyəsində idilər.


- ABŞ hərbi bazalarına aket zərbələrindən bir neçə saat sonra ABŞ terror qüvvələrinin ölkə daxilində döyüşləri artdı və strateji mərkəzləri yaxınlığında bəzi hərəkətliliklər oldu və bu da radarlarda həssaslığa səbəb oldu.


- Belə kritik vəziyyətdə Ukrayna Hava Yollarının sərnişin təyyarəsi İmam Xomeyni Hava limanından yola düşür və havada dönərkən SEPAH-ın həssas bir hərbi mərkəzinə yaxınlaşır. Düşmən hədəfinin yüksəkliyində və şəklindədir. Bu halda təyyarə bir insan səhvi və təsadüfən vurulub. Bu da təəssüf ki, əziz həmvətənlərimizin şəhid olması və bir sıra xarici vətəndaşların ölümü ilə nəticələnib.


İranın Xarici İşlər naziri Cavad Zərif  öz növbəsində "Tvitter" hesabında yazıb ki, "ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi" qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.


Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də vurulub. Hadisədə 176 nəfər İran, Ukrayna, Kanada, Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. 






Mənbə: FNA Oxunub: 1029 dəfə; Tarix: 2020-01-11 10:35
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!