Şeyx İbrahim Zəkzakidən yeni xəbər - Təcili


Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriya şiə müsəlmanlarının lideri Şeyx İbrahim Zəkzakinin həkimi doktor Nasir Ömər pasienti barədə açıqlama verib.

 

Nasir Ömər bir neçə il öncə ordunun hücumu nəticəsində Şeyx İbrahim Zəkzakinin səhhətində yaranan problemlərin daha da ciddiləşdiyini açıqlyıb. Sağlığında olan ciddi promlemlərə baxmayaraq İbrahim Zəkzakinin həbsxanaya köçürüldüyü qeyd edilib.

 

Xatırladaq ki, bir neçə gün öncə Nigeriyanın Kaduna Ali Məhkəməsi Şeyx İbrahim Zəkzakinin həbsxanaya göndərilməsi barədə qərar qəbul edib.

 

Qeyd edək ki, 2015-ci ildə Şeyx İbrahim Zəkzakinin başçısı olduğu Nigeriya İslam Hərəkatının Zariya şəhərindəki mərkəzinə ordu qüvvələrinin hücumu zamanı mindən artıq şiə müsəlmanı qətlə yetirilib, yüzlərləsi isə yaralanıb və ya həbs edilib. Bu hücum nəticəsində İbrahim Zəkzaki ağır yaralanaraq həbs edilib. Onun bu hücum nəticəsində bir gözündə görmə qabiliyyəti itib və bir əlinin hərəkəti məhdudlaşıb.




Mənbə: ON4TV Oxunub: 379 dəfə; Tarix: 2019-12-09 14:10
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!