"Reuters": "Tramp və Ərdoğan ixtilafları həll edə bilmədi"


Eastnews.org-un verdiyi xəbərə görə, "Reuters" xəbər agentliyi ABŞ və Türkiyə liderlərinin müsbət açıqlamalarına baxmayaraq, iki ölkənin ixtilaflarını həll etməkdə müvəffəqiyyətsiz olduqlarını yazıb.


ABŞ Prezidenti Tramp və Türkiyə Prezidenti Ərdoğanın 13 noyabrda görüşdükdən sonra verdikləri açıqlamalarda görüşü fövqəladə və müvəffəqiyyətli olaraq xarakterizə etmələrinə baxmayaraq, "Reuters" tam əks istiqamətdə bir şərh verib.


"Reuters" Trampın görüşü fövqəladə və Ərdoğanın da konstruktiv olaraq xarakterizə etməsinə baxmayaraq, bu görüşü müvəffəqiyyətsizliklə nəticələnən bir görüş kimi xarakterizə edib.


Xəbər agentliyi iki ölkə arasındakı ixtilafların başında "S-400" raketləri, "F-35" döyüş təyyarələri və Türkiyə ordusunun Suriyaya hücum etməsi kimi əhəmiyyətli mövzuların olduğunu vurğulayıb.


Həmçinin "Pentaqon"dan iki səlahiyyətli Konqresə təqdim etdikləri hesabatda "F-35" layihəsində Türkiyədə istehsal edilən bütün ehtiyat hissələrin alternativini tapdıqlarını və Türkiyənin yaxın vaxtlarda bu layihədən tamamilə çıxarılacağını qeyd edib.




Mənbə: Reuters Oxunub: 292 dəfə; Tarix: 2019-11-15 11:27
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!