Amerikalı mütəxəssis: "ABŞ, Birləşmiş Krallıq və Fransanın regionda gərginliyə ehtiyacı var"


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Alabama Universiteti Siyasi Elmlər Fakültəsinin dekanı professor Nadir Əntəsar regionda gərginliyin səbəblərini qiymətləndirib.

Professor Əntəsar İranın BMT-də Fars körfəzində sülh üçün Hörmüz sülh təşəbbüsü adı altında bir plan təqdim etdiyini deyib. O, ancaq ABŞ, Birləşmiş Krallıq (BK) və Fransa kimi Körfəz Əməkdaşlıq Şurasında hərbi bazaları olan ölkələrin bu planın həyata keçməməsi üçün əllərindən gələni edəcəklərini qeyd edib.

Amerikalı mütəxəssis ABŞ-ın Fars körfəzindəki ərəb rejimlərin bu dövlət üçün süd verən inək rolunu oynadığı müddət ərzində bu rejimlərin İran ilə gərginliklərinin davam etməsinə ehtiyac duyduğunu deyib. Nadir Əntəsar ABŞ, BK və Fransa kimi ölkələr üçün müharibənin sülh mənasına gəldiyini və gərginliyin də onların iqtisadiyyatlarının böyüməsi demək olduğunu vurğulayıb.




Mənbə: FNA Oxunub: 297 dəfə; Tarix: 2019-11-11 15:59
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!